Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Abbas Lisani vəsiqə təmin edilməsinə baxmayaraq sərbəst buraxılmır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisaninin məzuniyyəti üçün vəsiqə təmin edilməsinə baxmayaraq o sərbəst buraxılmır.

İrqçi fars rejimin Ərdəbildəki prokroru Abbas Lisanini tibbi məzuniyyətə buraxılmasına mane olaraq, yazılı icazənin verilmədiyini bəhanə edib, siyasi məhbusu məzuniyyətə buraxmırlar.

Rejimin prokuroru tibbi məzuniyyət barədə kordinasıyanın əlaqədar idarələr arasında şifahi olduğunu, qərarın icrasının gecikməsinin isə daha yuxarı instasiyalardan yazılı göstərişin gəlmədiyi ilə əlaqələndirib.

Qeyd edək ki, Abbas Lisaninin ailəsi yanvarın 7-də səhər saatlarında Ərdəbil Məhkəməsində olub və 800 milyon tümənlik girovu və Ərdəbil prokropru Seyid Abdullah Təbatəbayi tərəfindən verilən tibbi məzuniyyət barədə qərarı Ərdəbil zindanına təhvil veriblərlər.

Azərbaycanlı fəal koronavirusa yoluxduğu və müalicəsi üçün məzuniyyətə buraxılmalı olduğu üçün ona tibbi məxzuniyyət verilib.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …