Cümə , Yanvar 3 2025
azfa

Abbas Lisanidən həbs edilən azərbaycanlı milli fəallarla bağlı müraciət

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı fəal və keçmiş siyasi məhbus Abbas Lisani azərbaycanlı milli fəalların son vaxtlar həbsi ilə bağlı müraciət edib.

Abbas Lisani, müraciətində 44 il əvvəl baş verən inqilabın fars rasizminin başqa formada həyatda qalmaq üçün qabıq dəyişdiyinin nəticəsi olduğunu deyib.

Abbas Lisaninin müraciətində deyilir:

“Bildiyiniz kimi fars rasismi 44 il öncə Qərb güclərinin çıxarları doğrultusunda səltənət donunu çıxarıb İslam Cumhuriyyəti donunu geydi. Pəhləvi dönəmində fars şovinizminin yalnız qılıncı var idisə, islam cumhuriyyətində həm qılınc, həm də teokrasi araxına yiyələnmiş durumdadır. Bu üzdən İran adlanan yerdə bütün özgürlük uğrunda siyasi və ictimai qılınc gücü və din adı altında hər cür basqı və tapdalanmaqla yox edilməyə sürüklənmişdir.

Güney Azərbaycan milli hərəkatının Azərbaycan kütləsi arasında yayğınlaşıb, milli söyləmin etgi və ötgü alanının geniş və dərin olduğuna görə, mərkəzçi fars hakimiyyəti, milli haqdan doğulan və insan haqlarına söykənən milli hərəkəti hər cür boğub söndürməyə can atmışdır.

Dustaqlar, işgəncələr, şəxsiyyət terrorları, şəhid etməklər, basqınlar ardıcıl olaraq hələdə davam etməkdədir. Ancaq bütün bu basqılara baxmayaraq, ulusal çalışqanlar düşmən qarşısında dik duraraq, sınmaylb, buruşuq oyunlara uymayıb və mübarizə etməkdədir”.

Lisani həbs edilən fəalların ailələrinin istəyi olduğu təqdirdə onlara dəstək üçün istənilən məqbul aksiyalar keçirməyə hazır olduğunu deyib.

Siyasi məhbus bildirib ki, bu gün siyasi, iqtisadi, ictimai və başqa problemlərə görə Urmu kimi əhəmiyyətli məsələlərə yetərli diqqət ayrıla bilməsə də, ən azından milli fəalların azad edilməsi üçün addımlar atıəlmalıdır.

“Abbas Lisani həmçinin deyib: Milli fəallarımızı dustqdan və işgəncədən qurtarmaq üçün millətçilər və milli fəallar meydanda oluarsa sonuc almaq daha əlverişli olar”.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …