Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

ABŞ Əfqanıstandan çıxarılan ordunu Türküstana yerləşdirməyi planlaşdırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Əfqanıstandan çıxarılan qoşunları Mərkəzi Asiya – Türküstan ölkələrinin birinə yerləşdirmək istəyir.

Bu barədə “The Wall Street Journal” dərgisi məlumat yayıb.

Vurğulanıb ki, ABŞ rəhbərliyi silahlı birləşmələri xüsusilə Özbəkistan və Tacikistanda yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.

Nəşr qeyd edir ki, ABŞ-a Əfqanıstandan çıxardığı hərbi qulluqçular və döyüş texnikası üçün bazalar lazımdır. Belə ki, ABŞ Əfqanıstandan qoşunlarını çıxarsa da yerli hökuməti dəstəkləmək və “Taliban”ı çəkindirmək üçün yeni müdaxiləyə də hazır olmalıdır. Lakin qəzetə danışan mənbələr deyiblər ki, ABŞ qoşunlarının Mərkəzi Asiyada yerləşdirilməsini Rusiyanın orada “böyük hərbi iştirakı” və Çinin artan təsiri xeyli mürəkkəbləşdirir.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …