Bazar , Oktyabr 25 2026
azfa

İran rejiminin əlaltıları Təbrizdə məscidin türkcə adını dəyişdirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Təbriz bələdiyyəsindəki əlaltıları son günlər rejimin Azərbaycan türk millətinə qarşı mənəvi soyqırım siyasətini sürətlə davam etdirirlər.

Təbriz bələdiyyəsindəki İran rejiminin əlaltıları Təbrizdə küçə və tarixi məkanların türk adlarının dəyişdirilməsi istiqamətində Təbrizin qədim Adıgözəl məscidinin adını dəyişdirərək ərəbcə “Əsmaulhüsna” qoyulublar. Bu isə haqlı olaraq azərbaycanlı milli-mədəni fəalların etirazı ilə qarşılaşıb.

Qeyd edək ki, irqçi fars rejim Pəhləvi rejiminin irqçi və Antiazərbaycan siyasətini davam etdirərək, Azərbaycan türk millətini məhv etmək məqsədilə türk mənşəli yer adlarını farslaşdırır.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …