Çərşənbə axşamı , Yanvar 13 2026
azfa

ABŞ Avropa Birliyinin terror aktına görə rejimin kəşfiyyatına sanksiyasını dəstəklədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Avropa İttifaqının İran kəşfiyyatına qarşı sanksiyalarını dəstəkləyir.

Bununla bağlı ABŞ Dövlət katibi Mayk Pompeo Tvitter mikrobloqunda paylaşım edib.

“İran və Hizbullah Avropanı 1979-cu ildə terrorizmin cənginə atdılar. Bu gün Avropa İrana korrekt mesaj verərək terrorizmin qəbuledilməz olduğunu bildirdi. ABŞ bu sanksiya qərarını dəstəkləyir, avropalı müttəfiqləri ilə birgə çıxış edir və ümumi təhlükəyə qarşı mübarizə aparır”, – deyə Pompeo qeyd edib.

Xatırladaq ki, Avropa Birliyi İran kəşfiyyat xidmətinə qarşı sanksiyaları qanuniləşdirməyə razılıq verib.

Həmçinin yoxlayın

Molla rejimi qətliamla etirazları tam boğmaq üçün “Starlink” peyklərini də hədəf alıb

GADTB: İran daxilində “Starlink” peyk internetinə çıxış ilk dəfə olaraq genişmiqyaslı şəkildə pozulub və bu, …

Şahçılar azərbaycanlı fəala hücum ediblər

GADTB: Güney Azərbaycandan olan fəal Yaşar Həkəkpur Torontoda şahçıların hücumuna məruz qalıb Azərbaycanlı fəal özünün …

Bir cavab yazın