Bazar , Sentyabr 27 2026
azfa

Pompeo irqçi fars rejimə qarşı sanksiyaların təsirindən danışdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın dövlət katibi Pompeo Yaxın Şərq ölkələrinə səfəri ərəfəsində jurnalistlərə açıqlama verib. Açıqlamada, Pompeo İrana da toxunub.

İrana qarşı sanksiyaların işə yaramadığını deyənlərin, İran rialının dəyər itkisinə baxması lazım olduğunu bildirən Pompeo,” İranı boş buraxan bir rəhbərliyi əvəzlədik. İranı zəiflətmə yönündə böyük səylər göstərildiyindən əmin ola bilərsiniz. Son 24 ayda İranı yaxından izləyərək bu məsələdə böyük yol qət etmişik” deyib.

Pompeo Tehranı dünyanın bir nömrəli terror sponsoru kimi qiymətləndirərək bunları qeyd edib: “Bu günə qədər Yaxın Şərqdə bənzəri görülməmiş bir koalisiya qurduq. Bu koalisiya terrorizm və İranın ən böyük təhdid olduğu barədə bizimlə həmfikirdir. Hamı ilə birlikdə İranın nüvə silahı əldə etməsinə mane olacaq bir siyasət müəyyən edəcəyik. Birlikdə nail olmağı ümid etdiyimiz ən mühüm şey budur”.

Pompeo Yaxın Şərq turu çərçivəsində İordaniya, Misir, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistan, Oman və Küveyti ziyarət edəcək.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …

Bir cavab yazın