GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərindən olan Anna Monhemi (Kaplan) ABŞ-da keçirilən seçkilərdə qalib gəlib.
Nyu Yorkun Demokratlar Partiyası tərəfindən namizədliyi irəli sürülən təbrizli xanım ilk dəfə olaraq senator seçilib.
52 yazşlı azərbaycanlı xanım Anna Kaplan bundan öncə isə Nyu York bələdiyyəsində vəzifə tutub.
Qeyd edək ki, Anna Monhemi (Kaplan) Təbriz şəhərində anadan olub və 1979-cu il inqilabından sonra ABŞ-a köçüb.