Cümə , Aprel 19 2024
azfa

İrqçi fars rejim mədəni fəal Milad Əkbəriyə orta əsr üsulu şallaq vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı və irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Milad Əkbəriyə oktyabrın 10-da orta əsr üsulu şallaq vurdu. Fəal irqçi fars rejimin Təbrizdə yerləşən Ədliyyə İdarəsində məhkəmə hökmünün icrası ilə bağlı şallaqlanıb. Mədəni fəala 20 şallaq zərbəsi vurulub.

Azərbaycanlı fəal bundan əlavə, 4 ay həbs cəzasını əvəz edən 1 milyon 800 min tümən mübləğində cərimə ödəyib.

Azərbaycanlı fəal Milad Əkbəri ödədiyi cərimə ilə bağlı məktub almaq üçün hökmləri icra edən məhkəmənin 5-ci şöbəsinə müraciət edərkən rejimin təhlükəsizlik qüvvələri tərəfindən syaxalanıb. Bundan sonra fəala qarşı zor tətbiq edilərək, şallaq hökmü icra olunub.

Rejimin məmurları tərbiyəsizcəsində fəala qarşı kobud davranıb və onu təhqir edib.

Bundan əlavə rejimin ETTELAAT İdarəsinin məmurları oktyabr ayının 6-da Milad Əkbərinin ata evinə hücum çəkib, fəalı yaxalamq istəmişlər.

Milad Əkbəri evdə olmadığı üçün onu yaxalamaq mümkün olmayıb. Məmurlar fəalın anasını hədələyib demişlər ki, Milad bir gün ərzində ETTELAAT İdarəsinə müraciət etməsə, ciddi şəkildə cəzalandırılacaq.

Qeyds edək ki, rejimin Kəleybərdə yerləşən məhkəməsi Milad Əkbəri, Murtaza Pərvin və Əkbər Cahangirini şərləyərək, “qanunsuz BABƏK Qalası Qurultayında iştirak edərək qeyri-ənənəvi şüarlar səsləndirməklə ümumi asayişi pozmaq”da ittiham edib. Məhkəmə islam cəza qanununun 618-ci maddəsinə istinad edərək, fəalları 4 ay həbs cəzasını əvəz edən 1 milyon 800 min tümən nağd pul cəriməsi və 40 şallaq zərbəsinə məhkum edib. Hökm Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib.

Fəallar məhkəmə prosesi zamanı müdafiə mətnlərini türk dilində təqdim etdikləri üçün rejimin məhkəməsinin hakimi mətni anlaşılmaz hesab etmişdir.

2017-ci il iyunun 30-da fəallar Babək qalasına yürüş zamanı yaxalanmışdılar.

 

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Bir cavab yazın