Cümə , Yanvar 3 2025
azfa

ABŞ-dan İranın yeni təhdidlərinə münasibət

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İran hökumətinin yenidən əxlaq polisini küçələrə buraxmasına münasibət bildirib.

O, keçirdiyi mətbuat konfransında iranlı qadın və qızların geyim tərzi barədə hüquqlarını müdafiə edib.

“İranlılar öz taleləri barədə qərar verə bilməli, qadınlar geyim tərzlərinin seçimində sərbəst olmalı və ABŞ İrana təzyiqləri artırmalıdır”, – Kirbi bildirib.

O, həmçinin, beynəlxalq su yollarında ticarət gəmiləri üçün dəniz təhlükəsizliyinə toxunaraq bildirib ki, İrandan gələn təhdidlər artıb və ABŞ həmişə İranın sabitliyi pozan davranışlarına qarşı lazımi tədbirlər görəcək.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …