Bazar , Oktyabr 18 2026
azfa

Urmiya gölündə suyun səviyyəsi son 60 ilin ən aşağı həddinə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, farsların ərazisindəki səhralıqları cənnət çevirən irqçi fars-molla rejimi Güney Azərbaycanda Urmiya gölünü qurutmaqla Azərbaycanı xarabaya çevirmək istəyir.

Artıq Urmiya gölündə suyun səviyyəsi son 60 ilin ən aşağı həddinə çatıb.

Urmiya gölünün bu ilin iyununda səviyyəsi 1964-cü ildən bəri qeydə alınan ən aşağı səviyyə idi və hazırda suyun həcmi 2014-cü ilin göstəricisindən daha azdır.

Regionun ən böyük gölü və dünyanın 25 ən böyük gölündən birinin son dərəcə acınacaqlı vəziyyətini göstərən statistika yeni tədqiqatların son nəticəsidir.

Araşdırmaların nəticəsi göstərir ki, Urmiya gölünün səviyyəsi son 60 ilin ən aşağı həddinədək azalıb.

Qeyd edək ki, irqçi fars-molla rejimi gölə tökülən çayların qarşısını kəsmək, bölgədə az su ilə əmələ gələn məhuslların əkinini qadağan etmək və s. yollarla qəsdən Urmiya gölünü qurudub.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …