
GADTB: İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış İslamabad Anlaşma Memorandumunun mətni açıqlanıb.
Memoranduma əsasən tərəflər aşağıdakı məsələlər üzrə razılığa gəliblər:
- İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları, eləcə də onların müttəfiqləri bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal və daimi dayandırıldığını elan edir, gələcəkdə bir-birinə qarşı müharibə və ya hərbi əməliyyat başlatmamağı, güc tətbiqindən və ya güc hədəsindən çəkinməyi öhdələrinə götürürlər. Həmçinin Livanın ərazi bütövlüyü və suverenliyinin təmin olunacağı bildirilir.
- Tərəflər bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, daxili işlərə qarışmamağı qəbul edirlər.
- İran və ABŞ ən çoxu 60 gün ərzində yekun sazişin əldə olunması üçün danışıqları davam etdirməyə razılaşıblar. Bu müddət tərəflərin razılığı ilə uzadıla bilər.
- Memorandum imzalandıqdan dərhal sonra ABŞ İran əleyhinə tətbiq etdiyi dəniz blokadasını mərhələli şəkildə aradan qaldırmağa başlayacaq və 30 gün ərzində tam dayandıracaq. ABŞ yekun sazişdən sonra 30 gün ərzində İran ətrafındakı hərbi qüvvələrini də geri çəkməyi öhdəsinə götürür.
- İran 60 gün müddətində Fars körfəzindən Oman dənizinə və əks istiqamətdə ticarət gəmilərinin təhlükəsiz və ödənişsiz keçidini təmin etmək üçün tədbirlər görəcək. İran həmçinin Oman Sultanlığı ilə Hörmüz boğazının gələcək idarə olunması məsələsini müzakirə edəcək.
- ABŞ regional tərəfdaşları ilə birlikdə İranın iqtisadi yenidənqurulması və inkişafı üçün minimum 300 milyard ABŞ dolları həcmində maliyyələşdirmə nəzərdə tutan proqram hazırlamağı öhdəsinə götürür.
- ABŞ yekun saziş çərçivəsində İrana qarşı bütün sanksiyaların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qərarlarının, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qərarlarının və ABŞ-ın birincili və ikincili sanksiyalarının ləğvi istiqamətində fəaliyyət göstərəcəyini bildirir.
- İran bir daha nüvə silahı istehsal etməyəcəyini və əldə etməyəcəyini təsdiqləyir. Tərəflər yüksək zənginləşdirilmiş uran ehtiyatlarının taleyini qarşılıqlı razılaşdırılmış mexanizm əsasında, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında həll etməyə razılaşıblar.
- Yekun saziş əldə edilənədək mövcud vəziyyət qorunacaq. İran nüvə proqramında yeni addımlar atmayacaq, ABŞ isə yeni sanksiyalar tətbiq etməyəcək və bölgəyə əlavə hərbi qüvvələr göndərməyəcək.
- ABŞ memorandumun imzalanmasından dərhal sonra İran neftinin, neft-kimya məhsullarının ixracı, bank əməliyyatları, sığorta və daşımalar üçün zəruri icazələrin verilməsini təmin etməyi öhdəsinə götürür.
- ABŞ İranın dondurulmuş və ya məhdudlaşdırılmış maliyyə vəsaitlərinin istifadəyə açılmasını təmin edəcəyini bildirir. Bu vəsaitlərin istifadəsi ilə bağlı mexanizmlər danışıqlar zamanı müəyyən ediləcək.
- Memorandumun və gələcək yekun sazişin icrasına nəzarət etmək üçün birgə mexanizm yaradılacaq.
- Memorandumun 1-ci, 4-cü, 5-ci, 10-cu və 11-ci bəndlərinin icrasına başlanıldıqdan sonra tərəflər digər məsələlər üzrə yekun saziş danışıqlarına başlayacaqlar.
- Yekun saziş BMT Təhlükəsizlik Şurasının məcburi xarakter daşıyan qətnaməsi ilə təsdiqlənəcək.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi