Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Tramp və Pezeşkian anlaşma memorandumunu imzalayıblar

GADTB: ABŞ ilə İran arasında anlaşma memorandumunu hər iki ölkənin prezidenti elektron qaydada imzalayıb.

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bu barədə məlumat verib.

Qeyd edək ki, daha öncəki açıqlamasında Bəqai ABŞ-la anlaşma memorandumunu İran və ABŞ prezidentlərinin imzalaya biləcəyini bəyan etmişdi.

Üstəlik 14 maddəlik anlaşmanın mətni də yayılıb.

ABŞ Prezidenti Donald Tramp Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitinin yekunlarına dair mətbuat konfransında İrana qarşı sanskiyaların da müəyyən şərtlərlə götürüləcəyini deyib.

Tehran Vaşinqtonla əldə olunan razılaşmaların şərtlərinə əməl etdikcə, ABŞ İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları mərhələli şəkildə ləğv etməyə hazırdır.

 “Hazırda qüvvədə olan sanksiyalar İranın iqtisadi cəhətdən bərpasına imkan vermir. Lakin onlar düzgün davranmağa başlayan kimi müəyyən dəyişikliklər olacaq. Öhdəliklərinə əməl etsələr, sanksiyaları aradan qaldıracağıq”, – deyə ABŞ prezidenti bildirib.

Tramp qeyd edib ki, daha əvvəl də müxtəlif ölkə və şəxslərə qarşı sanksiyalar tətbiq edib, sonradan isə müəyyən şərtlər daxilində həmin məhdudiyyətləri ləğv edib.

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …