Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Güney Azərbaycanın Həmədən bölgəsində yüzdən çox insan həbs olunub

GADTB: İranda etirazların zorakılıqla yatırılması fonunda, rejimə bağlı media qurumları Həmədan əyalətində genişmiqyaslı həbslərin aparıldığını açıqlayıb. Məlumata görə, bölgədə keçirilən əməliyyatlar zamanı ümumilikdə 148 nəfər saxlanılıb.

Rejimə yaxın media orqanları heç bir müstəqil sübut təqdim etmədən saxlanılan şəxsləri “etirazların təşkilatçıları” kimi təqdim edib. Onlar “əl qumbarası istehsalı”, eləcə də İsrail və xarici media ilə əlaqə kimi ağır ittihamlarla günahlandırılırlar.

HRANA insan haqları qrupunun hesabatında İranda bu günə qədər saxlanılan etirazçıların ümumi sayının 27.797 nəfərə çatdığı bildirilib.

Məlumata görə, ölkə miqyasında keçirilən etirazların 27-ci günündə təsdiqlənmiş ölənlərin sayı 5.137 nəfər olub. Hesabatda 12.904 hadisə ilə bağlı araşdırmaların hələ də davam etdiyi, etirazlar zamanı isə azı 7.402 nəfərin yaralandığı qeyd olunur.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …