Bazar , Oktyabr 25 2026
azfa

ABŞ İranın blokadanın ləğvi tələbini rədd edib

GADTB: “Əl-Ərəbiyyə” kanalı iki ölkənin nümayəndə heyətlərinin Nyu-Yorkda keçirilən görüşündə iştirak edən amerikalı mənbəyə istinadla xəbər verir ki, Vaşinqton İranın dəniz blokadasının ləğv edilməsi tələbini rədd edib.

Mənbə əsas fikir ayrılıqlarının qaldığını və razılığa gəlmək imkanlarının məhdud olduğunu bildirib.

Telekanalın digər məlumatına görə, Nyu-York görüşü danışıqlarda yaranmış çıxılmaz vəziyyətdən çıxmağa kömək edib, lakin irəliləyiş əldə olunması üçün əlavə addımlar tələb olunur. Görüşlərdə əsas müzakirə mövzularının Hörmüz boğazının açılması, iqtisadi sanksiyaların yumşaldılması və blokadanın qaldırılması olduğu bildirilir./Azad İran

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …