Bazar , Noyabr 29 2026
azfa

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” kimi dünya səviyyəsində qeydiyyata alınması istiqamətində işlərin aparıldığını bildirib.

Siyamək Asiyai bu gün, 23 sentyabr 2026-da, Şəhriyar xəbər agentliyinin şəhər idarəçiləri ilə keçirdiyi silsilə görüşlər çərçivəsində deyib ki, Şahgölünün dünya irsi kimi qeydiyyata alınması məsələsi gündəmdədir və həyata keçirilən planlara uyğun şəkildə davam etdirilir.

O bildirib: “Çalışırıq ki, lazımi araşdırmalar və tədbirlər həyata keçirilməklə Şahgölü tarixi-mədəni kompleksini Azərbaycan bağının seçilən nümunəsi kimi dünya səviyyəsində qeydiyyata təqdim edək.”

Asiyai əlavə edib ki, bu istiqamətdə Şahgölü tarixi-mədəni kompleksinin yenidən canlandırılması layihəsi də həyata keçirilir. Onun sözlərinə görə, layihə üzrə işlər artıq təxminən 80 faiz tamamlanıb.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …