Şənbə , İyul 18 2026
azfa

ABŞ irqçi fars rejimə qarşı yeni sanksiyalar tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ administrasiyası İran Müdafiə Nazirliyinə qarşı yeni sanksiyalar tətbiq etdiklərini açıqlayıb.

Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo Vaşinqtonda jurnalistlərə məlumat verib.

O, sanksiyaların İranın nüvə və silah proqramlarında əli olanların hamısına, o cümlədən Venesuela prezidenti Nikolas Maduroya şamil olunduğunu bildirib: “Sizin kim olduğunuzun fərqi yoxdur, yəni əgər İranın silah proqramına qarşı BMT-nin sanksiyalarını pozursunuzsa, özünüz sanksiya riskilə üzləşirsiniz. Bizim sanksiyalar da bunu dünya boyu hər kəsə çatdırmaq üçündür. Bu gün göstərdiyimiz səylər onların regionda və bütün dünyada terroru alovlandırmaq üçün maddi ehtiyatlar və sərvətlər əldə etmələri ehtimalının azalmasınadək davam edir”.

Ölkənin müdafiə naziri Mark Esper də gələcəkdə İranın təcavüzünə hazır olduqlarını söyləyərək rəsmi Tehranı normal ölkə kimi davranmağa çağırıb.

M.Pompeo həmçinin İranın uranın zənginləşdirilməsi əməliyyatlarında iştirak etdiklərinə görə 2 nəfərin, ticarət naziri Uilbor Ross da bütövlükdə 5 nəfər iranlı tədqiqatçının sanksiya siyahısına salındıqlarını bildirib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

İranda dolların məzənnəsi 191 min tümənə yüksəlib

GADTB: İran ilə ABŞ arasında Yaxın Şərqdə davam edən yeni hərbi qarşıdurma fonunda, cümə günü, …

Bir cavab yazın