ABŞ irqçi fars rejimə nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının xilas edilməsi üçün Avropadan 15 milyard dollar həcmində kredit verilməsi təklifini rədd edib.
PressTV televiziyasının yaydığı məlumata görə də irqçi fars rejim də bu təklifi qəbul etməyəcəyini bildirir.
PressTV-nin Tvitter hesabında qeyd edilib ki, “İran AB-nin 15 milyard dollar kredit təklifinindən imtina edir”.
Qeyd edək ki, telekanal sözügedən informasiyanın mənbəyini göstərməyib.
Bundan öncə isə rejimin Xarici İşlər nazirinin müavini Abbas Arakçi nüvə sazişinə sadiq qalan Avropa ölkələrini ya İrana neft satışına imkan yaratmağa, ya da 15 milyard kredit ayırmağa səsləmişdi.