Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

ABŞ irqçi fars rejimə görə rus bankını da qara siyahıya saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ antiiran sanksiyaları siyahısına Rusiyanın “Mir Biznes Bank”ının da adını əlavə edib.

Bu bankın əsas səhmdarı “Bank Melli İran” olduğu üçün o, ABŞ sanksiyaları siyahısına düşüb.

Sanksiyalar siyahısına “Bank Melli İran”la bağlı olan 12 hüquqi şəxsin və törəmə şirkətin adı daxil edilib. Bunlar sırasında “Bank Kargoshaee”, “Melli Bank PLC”, “Behshahr Industrial Development Corp.”, “Melli International Building & Industry Company” və digərləri yer alıb.

“Bank Melli”nin sanksiyalar siyahısında yer almasına səbəb onun irqçi fars rejimin İslam İnqilabı Keşikçiləri Korpusuna maliyyə, texniki yardımlar göstərməsidir.

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …

Bir cavab yazın