Cümə axşamı , Oktyabr 22 2026
azfa

ABŞ irqçi fars rejimə xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Birləşmiş Ştatlarının Müdafiə nazirinin səlahiyyətlərinin icraçısı Patrik Şanahan deyib ki, biz Amerika hərbçilərinə və ya milli mənafeyimizə qarşı baş tutacaq hər bir hücuma görə İranı məsul bilirik.

Şanahan ölkəsinin körfəzə təyyarə daşıyan gəmi göndərməsinə münasibət bildirib. Qeyd edib ki, bu qərar İranın hərbi təhdidləri səbəbindən qəbul edilib. Şanahan bu təhdidlərin nədən ibarət olduğunun detallarını açıqlamasa da, rəsmi Tehrandan təxribatçı addımlardan əl çəkməyi tələb edib.

Onun bu açıqlaması rəsmi Vaşinqtonla Tehran arasında yeni ziddiyyətlərin kəskinləşdiyi vaxt verilib. Bu gərginlik Amerikanın “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini və Hərbi Hava Qüvvələrinə məxsus qırıcıları Ərəb dənizi və körfəzə göndərməsi ilə öz kulminasiya nöqtəsinə çatıb.

Məsələyə münasibət bildirən ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton və Dövlət Departamentinin rəhbəri Mayk Pompeo da Abraham “Lincoln” gəmisinin bölgəyə göndərilməsinin səbəbinin İrana açıq bir mesaj olduğunu bəyan ediblər.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …

Bir cavab yazın