Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

ABŞ molla rejiminə yeni sanksiyalar tətbiq etdi

GADTB: ABŞ-ın Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi bəyan edib ki, Birləşmiş Ərəb Əmirliklərində yaşayan İran vətəndaşı Əli Ənsari İslam İnqilabı Keşikçiləri Korpusu və Müctəba Xameneyi ilə əlaqədə ittiham olunaraq sanksiya siyahısına salınıb.

Bundan əlavə, İrandakı valyuta mübadiləsi və pul köçürmələri şirkətləri ilə əlaqəli olan Məhəmməd Dərbani, Şükufə Rüstəmabadi, Möhsün Xəndan, Əliəsğər Xəndan, Əhməd və Əmir Nəvai Ləvasani, həmçinin Zəhra Sərşari də sanksiya siyahısına daxil ediliblər.

Sanksiya tətbiq edilən hüquqi şəxslərin siyahısında isə “Ləvasani və Şərikləri” tam ortaq şirkəti, “Məhəmməd Dərbani və Şərikləri Sərrafılıq”, “Möhsün Xəndan və Şərikləri”, Honkonqda qeydiyyatdan keçmiş “CDM Trading Limited”, BƏƏ-də fəaliyyət göstərən “Naba Al-Zaki Raw Materials Trading LLC” və “Smart Global Limited” şirkətləri yer alıb.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …