ABŞ Şərqi Türküstanda insan haqları pozuntusunda roluna görə 14 Çin şirkətinə sanksiya tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Şərqi Türküstanda uyğur türklərinə qarşı insan haqları pozuntusunda roluna görə 14 Çin şirkətinə sanksiya tətbiq edib.

ABŞ rəhbərliyi, Çinin Şərqi Türküstandakı insan haqları pozuntularında iştirak etdikləri üçün 14 Çin şirkəti də daxil olmaqla 34 şirkəti iqtisadi qara siyahısına əlavə etdi.

Bu açıqlamada bu şirkətlərdən 14-nün Çində yerləşdiyi və zülmə imkan verdikləri ifadə edildi.

Qeyd edək ki, Şərqi Türküstandakı uyğurlara, qazaxlara və müsəlman azlıq qrupları üzvlərinə qarşı kütləvi həbs və yüksək texnoloji nəzarət tətbiqetmələri məsələsində həmin şirkətlərinin rolu var.

Həmçinin yoxlayın

Bu gün Güney Azərbaycanda May Qiyamının ildönümüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanda May qiyamında 16 il …

İran rejimi Təbrizdə aşkarlanan qədim tarixi abidələri dağıdır-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Təbrizin Rastaküçə bölgəsində aşkarlanan qədim tarixi …