
GADTB: ABŞ SEPAH-ın qaçaqmalçılıq, çirkli pulların yuyulması və narkotik ticarəti ilə məşğul olduğunu bildirib.
ABŞ Dövlət Departamentinin illik hesabatında bu haqda deyilir: “İran iqtisadiyyatı SEPAH-ın geniş fəaliyyətindən çox təsirlənir.
SEPAH–ın fəaliyyəti qaçaqmalçılıq, çirkli pulların yuyulması və valyuta nəzarətinin istismarı da daxil olmaqla müxtəlif iqtisadi fəaliyyətləri əhatə edir.
SEPAH daxili iqtisadiyyatın əhəmiyyətli bir hissəsinə nəzarət edir və qeyri-dövlət silahlı qruplarını dəstəkləyir.
SEPAH və Kəşfiyyat Nazirliyi (ETTELAAT) regional tacirlərlə sıx əməkdaşlıq edərək narkotik vasitələrin qanunsuz dövriyyəsini asanlaşdırır və gəlir əldə edir.
Məlumatlara görə, İrandan hər il təxminən 9 min ton narkotik keçir”./ Azad İran