GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland “CNN Türk”ə açıqlamasında deyib ki, Ankaranın aldığı S-400 zenit-raket kompleksləri ilə bağlı məsələ həll olunarsa, ABŞ Türkiyəni F-35 qırıcılarının istehsalı proqramına qaytarmağa hazırdır.
Onun sözlərinə görə, tərəflər “Patriot” komplekslərinin satışı ilə bağlı danışıqlar prosesində idilər, lakin Türkiyə fərqli istiqamətə getdi:
“Ona görə də bu gün bir neçə müzakirə apardıq. Aydındır ki, biz istədiyimiz S-400 məsələsini həll edə bilsək, ABŞ Türkiyəni yenidən F-35 ailəsinə qəbul etməkdən məmnun olacaq. Ancaq əvvəlcə bu məsələni həll etməli, eyni zamanda Türkiyəni güclü hava hücumundan müdafiə sistemi ilə təmin etməliyik”.