Çərşənbə , Oktyabr 14 2026
azfa

Güney Azərbaycandan qaşqay türklərinə dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycan Ərdəbildən olan milli fəalları İran rejiminin zülmə məruz qoyduğu qaşqay türklərinə dəstək məqsədilə aksiya keçiriblər.

Azərbaycanlı  fəallar aksiyada divarlara vərəqələr yapışdırıblar və irqçi fars-molla rejimin türklərə qarşı ayrı-seçkilik siyasətinə etirazlarını bildiriblər.

Dəstək vərəqələrində “Qaşqay Yurd – Azərbaycan, bir ürəkdir, bir can!” başlığı ilə yazılmış şüar əks olunub.

Qeyd edək ki, ötən günlərdə qaşqay türkləri Fars əyalətində valilik binası qarşısına toplaşaraq, milli geyimlərinin başqa xalqın adına qeydiyyata alınmasına etirazlarını dilə gətiriblər. Etirazçılar “Azərbaycan dəstək” şüarı ilə başladıqları aksiyada “Qaşqayın paltarı, qaşqayın qalası!”, “Qaşqay türkü birlikdə, hekayənin sonuna qədər!”, “UNESCO, UNESCO, qaşqayın paltarı haradadır?” kimi şüarlar da səsləndiriblər.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …