Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Abxaziyadan Ermənistana 20 terrorçu gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə və Azərbaycanı əsassız olaraq Qarabağa “muzdlu döyüşçülər” gətirməkdə ittiham edən terrorçu Ermənistan dövləti muzdlularla əməkdaşlığını açıq-aşkar nümayiş etdirməkdədir.

6 noyabrda Abxaziyadan bir qrup terrorçu Azərbaycana qarşı döyüşmək üçün İrəvana gəlib. “Amşen” adlı “könüllü erməni dəstəsi”nin üzvləri bu gün Ermənistana qaçan Qarabağın baş terrorçusu Araik Arutyunyanla görüşüblər. Bu barədə Arutyunyanın feysbuk səhifəsində paylaşım edilib.

Abxaziya erməni icmasının rəhbəri Qalust Trapizonyan deyib ki, ilkin olaraq 20 nəfər Ermənistana yardım üçün gedib, amma ehtiyac olarsa, yeni dəstələr də döyüş bölgəsinə göndərilə bilər.

Bu fakt bir daha kimin muzlu-terrorçu qruplaşmalarla əməkdaşlıq etdiyini sübut edir.

Həmçinin yoxlayın

İrqçi fars rejimin Xəzərin türk adını dəyişmək üçün yeni cəhdi

GADTB: İran İslam Respublikasının Mədəni İrs, Turizm və Sənətkarlıq naziri Seyid Rza Salehi-Əmiri “Xəzər” adının …

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və …

Bir cavab yazın