Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Adıyaman və Şanlıurfanı sel nəticəsində çoxsaydaadam ölüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yağışın təsirli olduğu Şanlıurfa və Adıyamanda sel nəticəsində 13 nəfər həyatını itirib.

Adıyaman və Şanlıurfanın Tut qəsəbəsində leysan yağışlar nəticəsində baş verən daşqınlarla bağlı Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) açıqlama verib.

Son 24 saatda hər kvadratmetrə 136 millimetr yağıntının düşdüyü Tut qəsəbəsində bir konteynerdə sel nəticəsində 1 vətəndaş həyatını itirib. İtkin düşən 3 vətəndaşın axtarış-xilasetmə işləri davam edir.

Şanlıurfaya son 24 saatda 111 millimetr yağıntı düşüb.

Sel nəticəsində 13 nəfər həyatını itirərkən, itkin düşən 2 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Həyatını itirənlərdən 5-nin bir mənzilin zirzəmisində yerləşən mənzildə yaşayan Suriya vətəndaşı olduğu bildirilib.

Şanlıurfa Valiliyi dərəyə və kanal yatağına yaxın evlərdə yaşayan vətəndaşları davam edən leysan səbəbiylə evlərini boşaltmaları ilə bağlı xəbərdarlıq edərək, lazım olmadıqca evlərini və təhlükəsiz əraziləri tərk etməməyin vacib olduğunu açıqlayıb.

Yağan leysan səbəbindən vilayət üzrə bütün məktəblərdə təhsil dayandırılıb.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …