Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Ağ Ev-in İrana qarşı genişmiqyaslı hücuma hazırlaşdığı bildirilir

GADTB: The Washington Post nəşrinin yaydığı məlumata görə, ABŞ administrasiyası İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyata hazırlaşır. Qəzet hazırkı və keçmiş amerikalı rəsmilərə istinadən yazır ki, Pentaqon son həftələrdə Yaxın Şərqdə ciddi zərbə qüvvəsi formalaşdırır.

Mənbələrin sözlərinə görə, bu hazırlıqlar ABŞ-nin potensial itkiləri və uzunmüddətli müharibəyə cəlb olunma riskinə baxmayaraq davam edir. Hərbi planın əsas elementlərindən biri USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin və onu müşayiət edən döyüş gəmilərinin bölgəyə göndərilməsidir.

Bildirilir ki, gəminin missiyası uzadılıb və o, Karib dənizindən Yaxın Şərq istiqamətinə yönləndirilib. Gəmilər artıq Strait of Gibraltar yaxınlığındadır.

Anonim danışan mənbələr qeyd ediblər ki, bu addım yaxın günlərdə mümkün hərbi əməliyyat üçün zəmin yarada bilər.

Həmçinin yoxlayın

Sevginin anası 277 günlük mübarizə sonra övladı üçün Tehran Vətəndaşlıq Qeydiyyatı İdarəsindən doğum şəhadətnaməsi ala bildi

GADTB: Şimali Xorasan vilayətinin Şirvan rayonundan olan, Tehranın Bumehn şəhərində yaşayan xorasanlı türk ana 9 …

Britaniya: İran İslam Respublikasının nüvə silahı əldə etməsinə imkan verə bilmərik

GADTB: Britaniyanın baş naziri Endi Börnham bildirib ki, ölkəsinin hökuməti ABŞ və İsrailin İranla müharibəsinə …