Şənbə , Aprel 25 2026
azfa

Etiraz aksiyalarında saxlanılan ən azı 26 nəfər ölüm hökmünə məhkum edilib

GADTB: Norveçdə yerləşən İran İnsan Hüquqları Təşkilatı cümə axşamı, 30 Bəhmən tarixində açıqlayıb ki, bu ilin dey ayındakı etiraz aksiyaları zamanı saxlanılan şəxslərdən ən azı 26 nəfər İran İslam Respublikasının ilkin instansiya məhkəmələri tərəfindən ölüm cəzasına məhkum edilib.

Təşkilatın direktoru Mahmud Əmiri Moqəddəm saxlanılan etirazçıların edam edilməsi riskinin “real və yaxın” olduğunu bildirərək, bu hökmlərin işgəncə altında alınmış etiraflara əsaslandığını və ədalətli məhkəmə standartlarına əməl olunmadan çıxarıldığını vurğulayıb.

İran İnsan Hüquqları Təşkilatı ölüm hökmünə məhkum edilən yeddi saxlanılan şəxsin adını açıqlayıb: Məhəmmədəmin Beyqləri, Əli Fəhim, Əbülfazl Salehi Siyavuşani, Əmirhüseyn Hatəmi, Şahin Vahidpərəst Kəlu, Şəhab Zöhdi və Yasər Rəcayifər. Bildirilir ki, onlar 18 Bəhmən tarixində mühakimə olunub və bir gün sonra Əbülqasim Səlavati tərəfindən ölüm hökmü çıxarılıb.

Təşkilat təhlükəsizlik mülahizələri və məlumat çatışmazlığı səbəbilə digər 19 etirazçının adını açıqlamadığını bildirib. Bundan əvvəl Məhəmmədamin Beyqlərinin vəkili onun “müharibə elan etmək” ittihamı ilə ölüm hökmünə məhkum edildiyini açıqlamış, həmçinin təşkilat Saleh Məhəmmədi barədə də ayrıca ölüm hökmü xəbəri yayımlamışdı.

Məlumata görə, ölüm hökmünə məhkum edilən şəxslərdən ən azı biri 18 yaşdan kiçikdir. Hökumətə yaxın media orqanları 28 dey tarixində saxlanılanlardan beş nəfərin məcburi etiraf görüntülərini yayımlamışdı.

Hesabatda deyilir ki, dey ayındakı genişmiqyaslı etiraz aksiyaları İran təhlükəsizlik qüvvələrinin zorakı müdaxiləsi ilə qarşılaşıb. İnsan hüquqları təşkilatları minlərlə insanın öldürüldüyünü, çox sayda şəxsin isə yaralandığını və saxlanıldığını bildirir.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

“New York Times” qəzeti Müctəba Xamenei ilə bağlı məlumat yaydı

GADTB: The New York Times nəşri İran rəsmilərinə istinadən Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat …