Cümə , Oktyabr 23 2026
azfa

Ağ Ev irqçi fars rejimin terror ittihamına cavab verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ağ Ev irqçi fars rejim tərəfinin Əhvazda parada silahlı hücumda ABŞ-ın əli olması  ilə bağlı itthamlarına cavab verib.

Ağ Evin sözçüsü Nikki Heyli Tehranın ittihamlarını rədd edib. “Həsən Ruhani bizi istədiyi qədər suçlaya bilər. Suçu bizə atmaqdansa güzgüyə baxsınlar” deyən Ağ Ev sözçüsü dolayısı ilə terror aktında İranın özündə bəzi siyasi dairlərin əli olmasına işarə vurub.

Qeyd edək ki, sentyabrın 22-də Ələhvaz bölgəsində hərbi parad zamanı silahlı hücum baş verib, nəticədə 25 nəfər ölüb, 53 nəfər yaralanıb. Hücum edənlərin 2 nəfəri  öldürülüb, ikisi yaralanıb. Hadisədən sonra Tehran silahlı hücumun baş verməsində ABŞ-ı suçlandırıb. İranın İslam Keşikçiləri Korpusu silahlı hücuma görə qanlı qisasın alınacağını bildirib.

Həmçinin yoxlayın

Azərbaycanın “Traxtur” komandası qələbə qazandı; azarkeşlərdən irqçiliyə etirazı – VİDEO

GADTB: Azərbaycan “Traktor”u “Sənaye Nefti” komandası üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq yenidən qələbə yoluna …

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Bir cavab yazın