Cümə axşamı , Mart 28 2024
azfa

Alban dili belə səslənirdi

GADTB: Dövrünün böyük xristian ilahiyyatçılarından biri səviyyəsinə çatan və əsas rəy sahiblərindən birinə çevrilən Qoş Xaçındakı Qoşavəng kilsəsini və xristian ilahiyyat məktəbini yaratmış, ölənədək, yəni 1213-cü ilə qədər orada yaşamış və orada da dərs verərək, çox sayda tələbə yetişdirmişdir. Belə hesab edilir ki, özünün dövrümüzədək alban, yəni qıpçaq dilində çatmış ən böyük əsərini “Törə bitiki”ni (“Qanunnamə”sini) də həmin sırada (1184-cü ildə) qələmə almışdır. Qoş onun əsl adı deyil, kosa olduğu üçün müasirlərinin verdikləri ləqəbdir. Mənbələrdə adı bəzən “vardapet Mxitar”, bəzən də müsəlmanlar arasında “Mikayıl” adı ilə məşhur olması səbəbiylə “vardapet Mikayıl” kimi çəkilir. XVI əsrdə “Törə bitiki”-nə giriş və şərhlər yazmış, ona bəzi əlavələr və redaktələr etmiş Oksent oğlu Xaçeres onu sadəcə “vardapet”, bir yerdəsə “vardapet Mikayıl” adlandırır. M.E.Şedrin adına Sankt – Peterburq Dövlət Kütləvi Kitabxanasının əlyazmalar şöbəsində qorunan və

üzərində alban dilində qeydlər də olan bir ermənidilli əlyazmadakı (Dorn 636) alban (qarqar-qıpçaq) dilində edilmiş bir qeyddə isə onun adı “vardapet Mxitar” kimi keçir. Bu ada digər albandilli

əlyazmalarda da rast gəlinir.

Aksent oğlu Xaçeres:

《Dağı da yazar surp Mikayıl(Mxitar Qoş) vardaped Törə bitikininq xuvatı üçün köp türlü yalbarmaq der Sdepannos qatoğiğosğa:》

Tərcüməsi:

《Daha sonra müqəddəs vardapet Mikayıl katalikos Stepannosa müraciətlə《Törə bitiki》-nin gücü barədə yazır》

Mxitar Qoş:

“Xolarmen sendən, haybatlı ata da barça Ulu Arannınq(Albaniya) yıxövlərininq başı, bolmağay ki, heç tə yenqil sağışlağaysen can sartın kerəkli işni, xaysın ki, menim üstümə beripsen. Zera tiyəsidir manqa ki, körgüzgəymen sanqa köptən az ki, nedir xuvatı Törə bitikininq, xaysını ki, xolumuzga alıpbiz. Zera Törə bitikininq oğşaşı bar ganonkta, zera tiyişlidir bizgə tüzməgə törəni u ganonknı ki, biri birinə oxşağay. Xaytıp bu türlü bardır oxşaşı biri birinə. Zera ganonk cannı toğru etər, da törə tenni, həlbət, egər biri birindən

ayrlıp esələr, yoxsa köp yerdə birikirlər. Necik can u ten ki, tarbiyat bilə 2-dirlər, ol türlü ayırılmas, xatışıp biri biri bilə,

bolurlar bir da köp neməni bir erk bilə xılınırlar, ol türlü ganunkta törələr. Anınq üçün, egər ki yoluxsa xatışılmağa eksinə, biri birini sındırmastır…”

TƏRCÜMƏSİ:

“Səndən xahiş edirəm, müqəddəs ata, bütün əzəmətli Aran(Albaniya) kilsələrinin başçısı, üzərimə yüklədiyin mənəvi məsuliyyətin çox asan və yüngül olduğunu sanma. Bu səbəbdən də sənə《Törə bitiki》-nin mahiyyətini qısaca anlatmaq istəyirəm. Qanun və qaydaları ard-arda düzməli olduğumuzdan bunu elə etməliyik ki, onlar bir-birinə uyğun gəlsin. Onlar arasındakı uyğunluq isə belədir: Qaydalar ruhu islah etdiyi kimi, qanunlar da cismi kamilləşdirirlər. Əlbəttə ki, onlar fərqli olduqları kimi, eynilikləri də çoxdur. Ruh və bədən təbiətən fərqli olsalar da, birləşərək bir vahid təşkil etdikləri, bir-birilərini tamamladıqları kimi, qanunlar və qaydalar da bir-birini tamamlayır. Bu üzdən də onlar bəzən birləşir, fəqət biri digərini təxrib etmirlər…”

Bəxtiyar Tuncay,

Tarixçi Alim.

Həmçinin yoxlayın

Urmiya bələdiyyəsi voleybol üzrə Premyer Liqanın final mərhələsinə yüksəlmək ərəfəsindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,Urmiya Bələdiyyəsinin voleybol komandası bu axşam Premyer Voleybol Liqasının …

Molla rejimin Urmiya gölününü qurutması nəticəsində Urmiya şəhərini duz fırtınası bürüyüb

GADTB: Molla rejimin Urmiya gölününü qurutması nəticəsində Urmiya şəhərini duz fırtınası bürüyüb. Güclü külək Urmiya …