Cümə , Aprel 19 2024
azfa

Alban katalikosluğu necə məhv edildi ???

GADTB: Hayların “erməni” adını ələ keçirməklə Qaramanlı və Qıpçaq xristianlara məxsus mirasa sahib çıxaraq Qafqazadək yayıldılar. Onlar Üçmüəzzin(haylar səhv olaraq Eçmiədzin deyirlər) pravoslav – alban kilsəsinə tor atdılar. Onu ələ keçirdikdən sonra provaslav kilsə hay qriqoryanlığının mərkəzinə çevrildi. Rusiya tarixçi-etnoqrafı V.Veliçkonun bu barədə maraqlı qeydləri mövcuddur: “XVIII əsrin sonunda Üçmüəzzin katalikosunun ümumxalq seçki-sinin prinsipinə zidd olaraq bu vəzifəyə Üçmüəzzin ruhaniləri tərəfindən yenicə seçilmiş arxiyepiskop Qukas(Luka) təyin olunmuşdu. Konstantinopol patriarxı Zaxariya buna etiraz etməyə başlamışdı. Qukas ona səmimi məktublar yazmış, həmin vaxt isə Konstantinopol erməni cəmiyyəti Zaxariyanın vəzifədən uzaqlaşdırılmasını türk hökumətindən xahiş etmişdi. Cənab Yezovun tərifini göyə qalxızdığı Qukasın tələsməsi Ağvan(Alban) – Qanzasar kilsəsi(indiki Ağdərə rayonunun ərazisindədir – müəl.) patriarxı İsraelin Üçmüəzzin taxtı-tacına seçilməsindən əl çəkmə¬sinin vacibliyi ilə izah olunur. Söhbət ayrılmış Ağvan (Alban – türk) patriarxına zərbə vurmaq və teokratik mütləqiyyət qurmaqdan gedirdi. Vəzifədə olan qulluq adamla¬rının məlumatsızlığı və yaxud satqınlığı üzündən bu məsələdə həm türk, həm də rus hökumətinin mənafeləri düz gəlməsə də həssaslıqla və yekdilliklə onu (Qukası – müəl.) müdafiə edirdilər. Bizim Konstantinopola(İstanbula) göndərdiyimiz elçi Tomara 1801-ci ildə hökumətə hüsn-rəğbətlə çatdırmışdı ki, Qukas “Rusiyanın köməyi ilə öz millətini dirçəltməyə çalışır”. Xarici katolikosun könlü xoş olsun deyə Alban katolikosu həddən artıq sıxışdırılmış, sonra isə Qarabağın və Gəncənin Rusiyaya birləşdirilməsi nəticəsində ləğv olunmuş və bu, heç kəsə bildirilməmişdi. Məlum olmuşdu ki, bizim siyasətçilər, hətta öz ərazilərində Siss və Aktamar patriarxlarının “bütün ermənilərin katali-kosu”ndan azad olunmasını müdafiə eləməyi başa düşən türklərdən də az uzaqgörəndirlər” (V.L.Veliçko “Qafqaz” Bakı 1995 s.59-60).

Faktın doğruluğunu təsdiqləyən daha bir sənəd isə bu hadisədən 300 il öncə Rəvanqulu xanın Şah İsmayıla yazdığı bir məktubdur. Məktubda deyilirdi: ”Mesapatomiyadan Van gölü hövzəsinə, oradan da 5-10 nəfərlik dəstələrlə sənətkarlıqla məşğul olmaq adıyla Oğuz-türk yurdu olan Qafqaza köçürülən ermənilərin sənətkarlıq əvəzinə, kilsə tikib yerləşərək özlərini, Qafqazın yerli xalqı olmalarını iddia edəcəklərini müəyyən etdik. Belə hərəkətlər gələcəkdə xoşagəlməzliklərə yol aça bilər… Bunları qarışıq (alban-rum) Ağkilsə (Üçmüəzzin) katalikosluğu maliyyələşdirir…”

Hayların Rusiyadan aldıqları dəstək sayəsində Alban və Qaraman türklərinin dini irslərinə sahib durmaları, həmçinin Osmanlıdan aldıqları dəstəklə Anadoludakı abidələri öz adlarına çıxması faktları onlarcadır…

Bu gün Qarabağda özlərini Arsaq (adını da səhvən Artsax yazırlar) adlandırdıqları (parflar, partlar) mirasına göz dikənlərin qarşısında kimsənin danışmaması, arsaqların kimliyi haqqında susmalarını anlayışla qarşılamaq mümkün deyil. Bir gün haylar qalxıb: “Əsl türk mənəm!” – desə təəccüblənmərəm. Çünki assimilyasiya etdikləri türk-qıpçaq toplumlarının, cinli (çinli) tayfasının bu gün genetik analizlərlə haylar arasında 49 faiz təşkil etdiyi üzə çıxıb. Haylar cidd-cəhdlə bu faktı gizlətməyə çalılşırlar.

Xəqani Ədəboğlu,

Tarixçi Alim.

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …