Alban tarixində erməni – hay hiyləsinin çirkin əlamətləri

GADTB: Haqqında söz açılan uydurma iddianın ilk müəllifi isə əsəri rus dilində nəşr etdirən V.Bastamyantsdır. Məhz o, əsəri tərcümə edərkən, onun guya “ermənidilli orijinal” əsasında dərc edildiyini iddia etmiş, əsərin adını da “Datastanagirk hayos” (Erməni Qanunnaməsi) kimi tərcümə etmişdir. Maraqlıdır ki, orijinalın əslində qıpçaq türkcəsində olduğundan bixəbər olan və bu üzdən də erməni saxtakarlığını axıra qədər anlaya bilməyən Ziya Bünyadov “Ön söz”də

(söhbət V. Bastamyansın 1954–cü ildə İrəvanda rus dilində nəşr etdirdiyi “Armyanskiy sudebnuk Mxitara Qoşa” adlı kitabının “ön söz”ündən gedir) “Datastangirk hayos” əvəzinə bir neçə dəfə sadəcə 《Datastangirk》(Qanunnamə) ifadəsinin işlədilməsindən, eləcə də Smbat Sparapetinin əsərində də həmin kitabın məhz “Datastangirk” kimi yad edildiyindən çıxış edərək, əsərin əslində “Qanunnamə” adlandığını, ermənilərin ona “hayos” (ermənilərin) sözünü əlavə etdiklərindən şübhələnmiş və yazmışdır:

“Mxitar Qoşun “Qanunnamə”sinin də taleyi Moisey Kalankatuklunun (Musa Kağankatlının – B.T.) “Alban tarixi”nin taleyinə bənzəyir. Məlumdur ki, Mxitar Qoşun başlıca əsərinin adı “Datastangirk”, yəni “Qanunnamə” dir və onu müəllif təxminən 1184–cü ildə tərtib etmişdir. Lakin Qoşun bu əsərinin naşirləri, nədənsə, əlyazmasında olmayan “hayos” sözünü onun adına əlavə etmiş və beləliklə, Qoşun özünün heç bir zaman yazmadığı yeni qondarma ad: “Datastangirk hayos, yəni “Erməni qanunnaməsi” adını uydurmuşlar.”

Çox təəssüflər olsun ki, Ziya Bünyadov ümumiyyətlə nə “Datastangirk”, nə də “Datastangirk hayos” adlı orijinal əsərin olmadığını, bunu ermənilərin uydurduğunu başa düşməmiş və erməni yalanlarına uymuşdur. Bununla belə, onun bu fikri erməniləri pis vəziyyətə salmış və onlar “hayos” (ermənilərin) ifadəsini əlavə etdiklərini etiraf etmiş, fəqət əsil həqiqəti isə gizlətməkdə davam etmişlər. Eynən Ziya Bünyadov kimi kitabın (“Törə bitiki”nin) orijinalının alban (qarqar – qıpçaq) dilində olduğundan bixəbər olan Fəridə Məmmədova bu barədə belə yazır:

“Alban hüquq elminin böyük əhəmiyyətə malik abidələrindən saylan Mxitar Qoşun “Qanunnamə”sində o dövrün hüquq normaları kristallaşmış, alban cəmiyyətinin müxtəlif sinif və təbəqələrinin sosial və hüquqi münasibətləri öz əksini tapmışdır.

Vaxtilə Z.M.Bünyadov Qoşun bu əsərininin başlığı barədə haqlı olaraq belə bir düzgün qənaətə gəlir, bu əsər əlyazma halında “Datastangirk – Qanunnamə” adı ilə tanınır; naşirlər onun adına “hayos” (erməni) sözünü əlavə edərək yeni ad yaratmışlar: “Datas-

tangirk hayos”, yəni “Erməni qanunnaməsi”. Buna, habelə Qoşun öz qanunnaməsini “alban kilsəsinin alicənab başçısı”, Albaniyanın katalikosu III Stepannosun təkidi və xahişi ilə yazması barədə artıq təsdiq olunmuş fakta, eləcə də “Qanunnamə”nin Roma imperiyasının (Bizansın – B.T.) və Albaniyanın kilsə qanunları əsasında yazılmasına istinad edən Z. M. Bünyadov tamamilə haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, Mxitar Qoşun “Qanunnamə” əsəri qədim erməni dilində yazılmış alban ədəbiyyatı nümunəsidir.

Z. M. Bünyadovun çıxardığı nəticəni səhv sayan və onu təkzib etməyə “çalşan” A. Ş. Mnatsakanyan etiraf etməyə məcbur olur və təsdiq edir ki, Qoşun əlyazması “Mxitar Qoşun qanunnaməsi” kimi tanınır və V.Bastamyants (Qoşu nəşr edən) əsərin adındakı “erməni” (hayos) sözünü “mətnə düzgün olmayaraq sonradan əlavə etmişdir”.

Məlumat üçün bildirək ki, çox sayda didaktik hekayə, təmsil, eləcə də “Alban salnaməsi” və “Gəncəli Xosrovun şəhid olması” əsərlərinin müəllifi olan, böyük yazıçı, maarifçi, pedaqoq, filosof və hüquqşünas kimi şöhrət tapan Mxitar Qoş 1130-cu ildə “şəhərlərin anası”, “şəhərlərin ən üstünü” adlandrdığı Gəncə şəhərində anadan olmuşdur. İlk təhsilini Tovuzlu keşiş Yəhyadan (Tavuşlu Yohanna) alan Qoş daha sonra Qaradağa gedərək, təhsilini orada davam etdirmiş və vardapet rütbəsində vətəninə dönmüşdür.

Dövrünün böyük xristian ilahiyyatçıların- dan biri səviyyəsinə çatan və əsas rəy sahiblərindən birinə çevrilən Qoş Xaçındakı Qoşavəng kilsəsini və xristian ilahiyyat məktəbini yaratmış, ölənədək, yəni 1213–)-cü ilə qədər orada yaşamış və orada da dərs verərək, çox sayda tələbə yetişdirmişdir. Belə hesab edilir ki, özünün dövrümüzədək alban, yəni qıpçaq dilində çatmış ən böyük əsərini – “Törə bitiki”ni (“Qanunnamə”sini) də həmin sırada (1184–cü ildə) qələmə almışdır. Qoş onun əsl adı deyil, kosa olduğu üçün müasirlərinin verdikləri ləqəbdir. Mənbələrdə adı bəzən “vardapet Mxitar”, bəzən də müsəlmanlar arasında “Mikayıl” adı ilə məşhur olması səbəbiylə “vardapet Mikayıl” kimi çəkilir. XVI əsrdə “Törə bitiki”nə giriş və şərhlər yazmış, ona bəzi əlavələr və redaktələr etmiş Oksent oğlu Xaçeres onu sadəcə “vardapet”, bir yerdəsə “vardapet Mikayıl” adlandırır. M.E.Şedrin adına Sankt – Peterburq Dövlət Kütləvi Kitabxanasının əlyazmalar şöbəsində qorunan və üzərində alban dilində qeydlər də olan bir ermənidilli əlyazmadakı (Dorn 636) alban (qarqar – qıpçaq) dilində edilmiş bir qeyddə isə onun adı “vardapet Mxitar” kimi keçir. Bu ada digər albandilli əlyazmalarda da rast gəlinir.

Fəridə Məmmədova haqlı olaraq Mxitar Qoşun kitabının ermənilərə deyil, albanlara aid olduğunu vurğulayaraq yazmşdır:

“Mxitar Qoşun “Qanunnamə”si yalnız albanlar üçün yaradılmışdı və bu, heç bir şübhə doğurmamalıdır. Məlum olduğu kimi, ermənilərin özlərinin hüquqşünas- lıqla bağlı qədim kitabları var:

VIII əsrdə Odzinetsinin yazdığı “Erməni qanunları” kitabı (Kononagirk), XIII əsrdə…Smbat Sparapeti tərəfindən yaradılmış “Qanunnamə”. Smbat Sparapetinin istifadə etdiyi əsas mənbələrdən biri Mxitar Qoşun “Qanunnamə” əsəridir. Məlum olduğu kimi, erməni tarixçilərinin hamısı Mxitar Qoşun “Qanunnamə”sini özlərininki sayırlar. Onda sual oluna bilər ki, XX əsrə qədər erməni xalqının ehtiyaclarına cavab verib onu mənəvi cəhətdən tam təmin edən Odzinetsinin “Kanongirk”i mövcud olduğu halda, XII əsrdə yeni bir “Qanunnamə”(Qoş) yaradılmasına nə ehtiyac vardı? Onu da deyək ki, Qoş öz əsərini yazanda başqa mənbələrlə yanaşı, “Kanongirk”dən də istifadə etmişdir. Qoşun “Qanunnaməsinin” XII

əsrdə ermənilər üçün yaranması ilə razılaşsaq, belə bir sual ortaya çıxır ki, cəmi yüz il keçdikdən sonra Smbat Sparapetinin Kilikiya erməniləri üçün daha bir “Qanunnamə”ni Qoşun “Qanunnamə”-sindən istfadə ilə yaratmasına nə ehtiyac vardı?

Bizim fikrimizcə, bunu alban və erməni gerçəkliyinə istinad edərək çox sadə və məntiqi şəkildə belə izah etmək olar ki,

Odzinetsinin erməni”Kanongirk”i alban xristian əhalisinin ictimai quruluşuna, hüquq normalarına, məhkəmə quruluşuna və icrasına uyğun gəlmədiyi kimi, Qoşun “Qanunnamə” əsəri də Kilikiya… məhkəmə quruluşuna yaramırdı”.

Şübhəsiz ki, məntiqli görünsə də, bu cür fikirlərlə ermənilərə nəyisə sübut etmək mümkün deyildir. Ən əsas sübut alban dilində, yəni qarqar – qıpçaq türkcəsində qələmə alınmış “Törə bitiki”nin özü ola bilər.

Mxitar Qoşun dövrümüzədək alban dilində (qıpçaq türkcəsində) çatan “Törə bitiki” kitabı sübut edir ki, albanlar ən azı XII əsrə qədər öz ana dillərində yazıb – oxumuşlar. Bunun XIII əsrdə də belə olduğunu həmin əsrdə yaşamış erməni tarixçisi Hetum da özünün “Qayton” adlı əsərində təsdiq etməkdədir.

Bəxtiyar Tuncay,

Tarixçi Alim.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …