Şənbə , Oktyabr 24 2026
azfa

İsrail İrana hücum haqqına sahib olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail xarici işlər naziri Yair Lapid ABŞ Dövlət katibi və BƏƏ xarici işlər naziriylə Vaşinqtonda keçirdiyi görüşdə deyib ki, İsrail İrana hücum haqqına sahibdir.

Dünya İranı dayandırmalı, öz nüvə proqramını inkişaf etdirməyə imkan verməməlidir.

Bunu İsrail xarici işlər naziri Yair Lapid ABŞ Dövlət katibi və BƏƏ xarici işlər naziriylə Vaşinqtonda keçirdiyi görüşdə deyib.

 “İsrail istənilən an və istənilən vasitə ilə hərəkətə keçmək haqqını özündə saxlayır. Bu, təkcə haqqımız deyil, həm də məsuliyyətimizdir. İran ictimai şəkildə bizi məhv edəcəyini bəyan edir. Biz buna yol vermək niyyətində deyilik”, – deyə o bildirib.

Onun sözlərinə görə, iranlılar uranın zənginləndirilməsi və nüvə proqramının inkişaf etdirilməsi üçün danışıqlarla vaxt qazanmaq istəyirlər.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …