Cümə axşamı , Aprel 18 2024
azfa

Albaniyadakı türk toponimlərinin tarixi

GADTB: Türkoloqların bir qismi kuman etnoniminin də adının “qu”(ku) totemindən yarandığını irəli sürməkdədirlər. Məsələn, V. Q. Rodionov qədim çuvaş mənbələrinə əsaslanaraq “ku” və “kuman” etnonimlərini eyniləşdirir. İ. Dorn və O. Süleymenov da eyni fikri dəstəkləmişlər (Süleymenov O., 1993, s. 94-96).

Y. Yusifov da yuxarıda adı çəkilən müəlliflərlə eyni mövqedən çıxış edərək yazır ki, Bu etnonim də Türk dillərində etnik ad düzəldən “-man” (-men) şəkilçi birləşmələrindən əmələ gəlmişdir. Kuman sonrakı türk adı olmaqla “sarımtıl, ağımtıl” mənasını daşıyırdı” (Azərbaycan tarixi, 1994, s. 83).

Aşşur çarlarından Tukulti-Ninurta (e.ə. XIII əsr), I Tiqlatpalasar (e.ə.1115-1077-ci illər), II Adedneari (e.ə. 911-890-cu illər), Sinnaxerib (e.ə. (705-681-ci illər) və başqalarının kitabələrində aşşurların kumanlarla apardıqları çoxsaylı savaşları barədə məlumatlar məlumatlar bulunmaqdadır. (Дьяконов, 1951, №№.

10, 14, 20, 21).

Məsələn, l Tiqlapalsarın (e.ə. 1115-1077) kitabəsində aşağıdakı məlumatla rastlaşırıq: “(V,73)Kumanların ordusu gerçəkdən Musru ölkəsinin köməyinə çıxdı… (V.82) Bu zaman Musru ölkəsinə köməyə çıxmağı qət etmiş kumanların hamısı savaşın baş tutması və mənə qarşı durmaq üçün özlərinin bütün böl-

gələrini səfərbər etdilər… (Vl.22) …Kumanların mənim güclü döyüş təzyiqimdən qorxuya düşən şahları ayaqlarımı qucaqladı…” (Дьяконов, 1951, s. 10).

Aşşurların kuman-qıpçaqlara qarşı apardıqları savaşlardan birinin, konkret olaraq II Adadnerarinin orduları ilə kuman-qıpçaq ordularının üz-üzə gəldiyi savaşın Qarabağda – Xocalı ərazisində baş verdiyini söyləyə bilərik. Bunu arxeoloji qazıntılar zamanı qıpçaq – qarqarların adını özündə yaşatmaqda olan Qarqarçayın sahillərindən, daha dəqiq desək, Xocalı kurqanlarının birindən (11 №- li kurqan), tapılan və üzərində mixi yazı ilə “Adadnerari” yazılmış bir əqiq muncuq sübut etməkdədir.

(Dietz-Otto Edzard, 2004; Cəfərov H., 2000, s.139; Tuncay, 2018, s. 210).

Əldə olan materiallardan belə aydın olur ki, aşşurlarla kuman-qıpçaqlar arasında sadəcə müharibələr deyil, mədəni əlaqələr də olmuşdur. Bunu aşşur ədəbiyyatının şah əsərlərindən biri hesab edilən “Müdrük Axikar haqqında povest” əsərinin qarqar-qıpçaq (alban) dilinə tərcümə edilmiş variantının (Uslu Xiqarnınq sözü, esi, axılı) dövrümüzədək yetişmiş olması faktı sübut etməkdədir (Deny, Tryjarski, 1964a; Tuncay, 2010, s. 226-236). Bu əsər Aşşur çarı Sinnaxribin dövründə qələmə alınıb və həmin dövrdə də qədim dünyanın bir çox mədəni xalqının dilinə çevrilib. (Дандамаев, Луконин, 1980, s. 17).

Qaynaqlardan belə anlaşılır ki, kumanlar Anadolunun şərq hissəsində də ən əski zamanlardan məskun idilər. Məsələn,

Ptolomey Kappodokiyada yaşayan kumanlardan bəhs etmişdir.

(Арутюнян, 1985, s. 101). F. Ağasıoğlunun yazdığına görə, “Kuman” toponiminə Aşşur mənbələrində “Kammanu”, Urartu kitabələrində “Qamana”, hett yazılarında isə “Kumanni” və “Kumaneşmax” şəklində rast gəlməkdəyik. Alim bildirir ki, bu yer Malatya yaxınlarında olub (Ağasıoğlu F., 2005, s. 45). Urartu çarı Menuanın (e.ə. IX əsr) kitabəsində isə Van yaxınlığında

yerləşən Kumenu şəhərindən bəhs edilir (Меликашвили, 1960, № 28). Urartu mənbələrində Göyçə ətrafında yaşayan kumanlar(kumaniu) haqqında da məlumat yer almaqdadır (Мещанинов,

1978, s. 358, 375).

Qeyd edək ki, bu gün də eyni adı daşıyan türk etnosları vardır. Bu baxımdan Altayda yaşayan kumandiləri və özünü günümüzəcən kumanların davamı hesab edən qaraçay və balkarlıları.

(Zeynalov F, 1981, s. 232) misal gətirmək olar. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu türk tayfası orta əsrlərdə də Ön Asiya və Şərqi Avropanın siyasi tarixində xüsusi rol oynamış, Avropanın etnolinqvistik coğrafiyasının formalaşmasında son dərəcə böyük xidmətlər göstərmişdir. Bu rol o qədər böyük olmuşdur ki, həmin tayfaların dilini öyrənməyə xüsusi ehtiyac yaranmış və

təqribən eyni dövrdə həm xristian Avropada, həm də İslam dünyasında kuman türklərinin dili ilə bağlı lüğətlər tərtib edilmişdir

(Zeynalov, 1981, s.167-168).

Kumanların orta əsrlərdə də Azərbaycanda yaşadıqlarnı Musa Kağankatlının “Alban tarixi”ndən öyrənmiş oluruq (Moisey Kalankaytuklu,1993, lkitab, Vl fəsil). Sözügedən kitabda yazılanlardan öyrənirik ki, Qafqaz Albaniyasında kumanlarla bağlı olan “Qomenk” adlı toponim olmuşdur. Həmin toponimin qomen (kuman) etnonimindən və qədim erməni dilindəki “k” yer, məkan bildirən şəkilçidən yarandığını (“Alban tarixi” kitabı dövrümüzədək erməni dilində çatmışdır) söyləyən Qiyasəddin

Qeybullayevin fikrincə, bu yer ya Arsax (Qarabağ), ya da Sünik (Zəngəzur) ərazisində olmuşdur. O, 1727-ci ilə aid bir arxiv sənədinə istinadən göstərir ki, həmin dövrdə, yəni XVlll əsrdə Zəngəzurun Çulundur bölgəsində azərbaycanlılarla məskun olan Koman kəndi mövcud imiş (Гейбуллаев Г, 1991, s. 117).

Hazırda eyniadlı kənd Cəlilabad rayonu ərazisində mövcuddur. Tarixi mənbələrdə kumanların iskitlərlə eyniləşdirilməsi,

onlardan “koman iskitləri” kimi söz açılması halları da müşahidə edilir. R. Q. Latam koman iskitlərinin etnik mənsubiyyəti barədə yazır ki, “Koman iskitləri, massagetlər, saklar, peçeneqlər,

xəzərlər, hunlar öz mənşələri etibarilə türkdürlər və bunu sübut etməyə ehtiyac yoxdur” (İsmayıl M., 1955, s. 15).

Bəxtiyar Tuncay,

Şahlar Hüseynov.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Kərim İsmayılzadə tutularaq zindana salınıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə yaşayan azərbaycanlı milli fəal, …

Urmiya gölünün son peyk görüntüləri gölün şimal hissəsinin quru olduğunu göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Urmiya gölünün son peyk görüntüləri gölün şimal hissəsinin …