Şənbə , Oktyabr 17 2026
azfa

Almaniya İranda qız şagirdlərin zəhərlənməsi məsələsini araşadırmağı tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniyanın xarici işlər naziri İranda qız şagirdlərin zəhərlənməsindən narahatlığını bildirib.

O bu məsələni qorxunc adlandırmaqla İranda zəhərli qazlarla qız məktəblərinə hücum edildiyinə toxunub və deyib ki, qızlar qorxu hiss etmədən məktəblərə gedə bilməlidirlər. O məsələnin araşdırılması və təkrarlanmasının qarşısının alınmasını tələb edib.

Qeyd edək ki, bundan öncə də Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı İranda qız şagirdlərin zəhərlənməsi ilə bağlı bəyanat yaymışdı.

Bəyanatda şəffaf araşdırmalar aparmağa və bu hücumların səbəbkarlarının cəzalandırılmasına çağırılıb.

BMT-nin bəyanatında həmçinin deyirlirdi: “İranın hakimiyyət orqanları bu işin araşdırılmasına başladıqlarını deyiblər. Ancaq Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı israr edir ki, bu təhqiqat şəffaf olmalı və onun nəticələri ictimaiyyətə açıqlanmalıdır”.

Həmçinin yoxlayın

Əhərin Zəglik kəndində 800 illik çinar ağacı tualet tikintisi bəhanəsi ilə kəsilib!

GADTB: Əhərin Zəglik kəndində yerləşən, yaşı 800 ildən çox olan və milli səviyyədə qeydə alınmış …

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …