
GADTB: Amerika İranın gizli şəkildə və qanunsuz neft daşıyan neft gəmilərini ələ keçirib.
Bu haqda İraqın neft naziri Həyyan Əbdulğəni açıqlama verib.
İraqın neft naziri son müsahibəsində bildirib ki, ABŞ neft satmaq üçün saxta sənədlərdən istifadə edən bir sıra İran neft gəmilərini ələ keçirib.
O, həm də Bağdad və Vaşinqton arasında İran neftinin İraq nefti adı altında qlobal bazarlarda satılması iddiaları ilə bağlı danışıqların aparıldığını açıqlayıb.