Atatürkün bilinməyən sirrləri

GADTB: Türklər, nəslin davamını təmin edən uşağa çox əhəmiyyət verdikləri kimi, onun tərbiyəsi və yetişməsi məsələsində də həssaslıq göstərirdilər. Dövlətin davamının təminatı olan şahzadələrə daha çox əhəmiyyət verirdilər. Bu düşüncələr içində olan türk hökmdarları, oğullarına, dini, milli, mənəvi elmlərin yanında; İnzibati, maliyyə, hərbi və siyasi işləri öyrətmək üçün seçilmiş nəsillərdən xüsusi insanların birini müəllim təyin edirdilər və gələcəyin hökmdarlarını ən yaxşı şəkildə böyütməyə çalışardılar. Dövlət işlərində təcrübə əldə etməkdən ötrü şahzadələr vilayətlərə hakim təyin edilir və beləliklə, ―sınaq dövrü keçirirdilər. Hakim şahzadəyə hakimiyyət rəmzi kimi təbil, bayraq və ordu verilirdi Azyaşlı şahzadə bir qayda olaraq lələ tərbiyəsində olurdu və şahzadənin ixtiyarına verilən yerin bütün inzibati işləri lələ vasitəsilə idarə edilirdi. Qədim ənənələrə uyğun dərin dövlətin seçdiyi insanlardan biri də Mustafa Kamal Paşa Atatürk idi. Gənc Mustafa dünyəvi bir məktəb olan və bürokrat yetişdirən Saloniki Mülküyə Rüşdiyyəsinə qəbul oldu. Ancaq mühitindəki əsgəri tələbələr məktəb formalarından da təsirlənərək, anasının qarşı çıxmasına baxmayaraq, 1893-ci ildə Saloniki Əsgəri Rüşdiyyəsinə daxil olur. Bu məktəbdə riyaziyyat müəllimi Kapitan Üsküplü Mustafa Səbri Bəy, ona mənası mükəmməllik, yetkinlik olan “Kamal” adını qoydu. Burada o, Salonikili zabit Həsən bəylə tanış olur və onun vasitəsilə o zaman Türkiyə dərin dövlətinin xidmətinə keşdi. Çox az adam bilir ki,  onun gənc yaşlarından xüsusi kəşfiyyatçı kimi yetişdirilməsi və bir çox ölkədə kəşfiyyat vəzifəsi daşıyıb. Mustafa Kamal Paşa kəşfiyyat məlumatları toplamaq üçün bir Liviya, Fransa, İtaliya və bir çox ölkələrdə xidmət göstərir.  Onunla bərabər özü kimi xüsusi və görkəmli zabitlər var. Xüsusi və görkəmli Zabitlər tərəfindən yaradılan bu bölmə daha sonra Milli İstihbarat Təşkilatı adlandırılan və general Naci Eldəniz tərəfindən qurulan “Milli Amele Xidməti” adlanan gizli xidmətdə iştirak edirdi. Onun qarşısında bir tapşırıq qoyulmuş idi “Anadolunun təhlükəsizliyini təmin etmək üçün fəaliyyətə başlamalı idi. Mustafa Kamal Paşa isə, Samsundan başlayaraq Anadoluda təşkilati işlərə başlamalı, hərbi və idari sistemi formaya salmalı, bu vasitə ilə işğallara qarşı sivil və hərbi hərəkata rəhbərlik etməli idi.”

O, üzərində qoyulan işlərin öhdəsindən uğurla gəldi və artıq Türkiyə Cümhuriyyəti 1923-cü ilin 29 oktyabrında elan edildi. Bütün dünya yeni dövlətin başçısının şərtlərini qəbul etməyə başlayırdı. Lakin Atatürk çox narahat idi, düz 1936-cü ilə qədər..

1936-cı ilin qış ayında O, çox sevincli halda Çankaya köşkünə gəldi və yavəri Saleh Bozoka tapşırdı ki, ona məktub gəlməlidir və dərhal ona məlumat verilməsini tapşırdı. Səhər ona məlumat verirlər ki, bir dilənçi paşaya vermək üçün zərf qoyub. Üzərində canavar başı şəklində möhür olan məktub Atatürkə təqdim edilir. İçində müxtəlif simvollar olan məktubu oxuyan Atatürk tapşırıq verir ki, onun xidməti avtomobili hazırlansın. Gecə 03-00-da saraydan çıxan Atatürk meşədə düşərək, təkbaşına gözdən itir, iki saatdan sonra geri dönür. Yol boyu susan Atatürkün köməkçisi Saleh Bozok yazır ki, birdən ona çönərək sual verir:

 “Dünyanı kim idarə edir, Saleh?” soruşdu.

“-İngilisdir, mənim paşam?” Mən cavabladım.

 Xəfifcə gülümsəyərək dedi: “Yox, Saleh, dünyanı dövlətlər idarə etmir. Qədim zamanlardan cəmiyyətlər tərəfindən idarə olunub”.

Atatürk bu görüşdən sonra daha çox əmin və rahat olur. Son nəfəsinə qədər də Türkiyənin güclü olması üçün çalışır…

Zaur Əliyev, dosent

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …