GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amnesty İnternational Azərbaycanın Bərdə şəhərinə edilən hücumdan sonra mövcud Dağlıq Qarabağ münaqişəsində ilk dəfə Ermənistan tərəfindən qadağan olunmuş kaset bombalardan istifadəsini təsdiqləyib.
Oktyabrın 28-də yerli vaxtla təxminən 1.30-da bir və ya bir neçə Smerç raketi Bərdəyə atılıb və xəstəxanaya yaxın bir yaşayış məhəlləsini vurub. Azərbaycan Baş Prokurorluğu ən azı 21 nəfərin öldüyünü, təxminən 70 nəfərin yaralandığını bildirib
Amnesty İnternational-ın Böhrana Mübarizə ekspertləri şəhərə erməni qüvvələri tərəfindən atəşə tutan Rusiya istehsalı 9M55 Smerç raketlərindən 9N235 kaset parçalarının (şəhərdəki Vice News müxbirləri tərəfindən çəkilmiş) şəkillərini təsdiqləyib.
Amnesty International-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mari Struters “mülki bölgələrə atəş açılmasını amansızlıq və vəhşilik adlandıraraq, bunun saysız ölüm, yaralanma və iztiranlara olduğunu deyib.