Bazar ertəsi , Oktyabr 26 2026
azfa
Qaynar xəbər

Erməni təcavüzünü pislədiyinə görə İranın Ərdəbildə yaxaladığı fəallar zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiyinə görə İranın Ərdəbildə yaxaladığı azərbaycanlı fəallar mülki vəsiqə qarşısında zaminə buraxılıb.

Bir ay əvvəl Ərdəbilin Cıral parkında keçirilən Qarabağa dəstək mitinqində yaxalanan 8 nəfər azərbaycanlı fəal oktyabrın 29-da şəhərin mərkəzi zindanından müvəqqəti olaraq sərbəst buraxılıb. Fəalların məhkəməsi Ərdəbil İnqilab Məhkəməsində davam edəcək.

Əsgər Əkbərzadə, Mehdi Huşmənd, Muctaba Pərvin, Mustafa Pərvin, Bəhmən Xeyrcu, Murtaza Pərvin, Sübhan Bəxşi və Meysəm Colani sentyabrın 29-da bir neçə digər fəalla birlikdə nəzarət altına alındıqları zaman polis və təhlükəsizlik qüvvələri tərəfindən ağır şəkildə döyülmüşdülər.

Azərbaycanlı fəalların hər biri 500 milyon tümənlik mülki zəmanət qarşılığında azad edilib.

Ərdəbilin Cıral parkında keçirilən mitinqdə saxlanılan digər fəallar, o cümlədən Pərviz Siyabi, Məhəmməd Colani, Səccad Colani, Hüseyn Balaxanı və Hamid Heydəri daha əvvəl mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Sentyabrın 29-dan bəri Cənubi Azərbaycan və türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar təxminən 200 nəfər nəzarət altına alınıb.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Qaşqayların ənənəvi geyimləri Türkiyədə keçirilən beynəlxalq konfransda Türk dünyasının tarixi kimliyinin və mədəni irsinin bir hissəsi kimi təqdim olunub

GADTB: Qaşqay türkü olan tədqiqatçı Altay Qaşqay Türkiyədə keçirilən beynəlxalq konfransda elmi məruzə ilə çıxış …

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

GADTB: Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb. Mətbuatda tatılan məktubun mətnini təqdim …

Bir cavab yazın