Cümə , Oktyabr 18 2024
azfa

“Ana Dili – Azərbaycan Məktəbi” onlayn dərs layihəsinə növbəti qeydiyyat başlayıb

GADTB: Distant dərslərə qoşulanlar həftədə 2 dəfə peşakar müəllimlərlə Azərbaycan türkcəsinə yiyələnəcəklər. 

Qeyd edək ki, sentyabr ayında qeydiyyat başlayandan bəri 29 müxtəlif ölkədən 600-ə yaxın insan layihədə iştirak etmək üçün qeydiyyatdan keçib. Həmçinin 6 yaşdan 18 yaşa qədər ümumilikdə 35 qrupda 300-dən çox iştirakçı ana dili dərslərinə başlayıb.

Qruplar layihə iştirakçılarının yaşı, dil səviyyəsi və saat qurşağı nəzərə alınmaqla təşkil edilib. Layihənin təhsil proqramı Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında məlumatları özündə əks etdirən mövzular əsasında hazırlanıb. Dərslər həftədə iki dəfə “Microsoft Teams” platformasında keçirilir. Bu proqram iki fəsillə 2023-2024-cü tədris ilini əhatə edir.

“Ana Dili – Azərbaycan Məktəbi” Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən bütün dünyada yaşayan azərbaycanlılar üçün ana dilinin distant tədrisini təşkil edən pilot layihədir.

Qeydiyyat üçün əlaqə:

https://forms.gle/s1cf9NWTaYhURQvv8

anadili@agma.az 

WhatsApp və Telegram – +994512267121

Həmçinin yoxlayın

Türkiyə “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb

GADTB: Türkiyə Xarici İşlər Nazirliyi (XİN) “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb. Açıqlamada …

İrqçi far-molla rejimi azərbaycanlı fəalı cərimə cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Əmir Bədrini cərimə …