Cümə , Sentyabr 18 2026
azfa

Arazdəyənin üzərində Azərbaycan Bayrağı dalğalanır

GADTB: Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır.

Bu barədə məlumat və fotonu erməni vəkil Raffi Aslanyan paylaşıb.

O iddia edib ki, ərazinin yaxınlığında əvvəllər erməni hərbi hissəsi yerləşib. Oradan Azərbaycanın Sədərək şəhərini, Naxçıvandan Türkiyə ilə sərhəd-keçid məntəqəsinə gedən yolu adi gözlə izləmək mümkün idi.

Aslanyanın iddiasına görə, hazırda orada Azərbaycan Ordusu yerləşib.

Sözügedən yüksəklik Arazdəyəndən İrana gedən yola tam nəzarət imkanı verir.

Qeyd edək ki, Azərbaycan Ordusu və DSX yalnız öz ərazisində, öz strateji mövqeyindədir. Əgər orada yeni sərhəd postu yaradılıbsa, bunun ermənilərə heç bir aidiyyəti yoxdur.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …