GADTB: “Persepolis” klubu tamaşaçıların nalayiq davranışına görə Asiya Futbol Konfederasiyasının nizam-intizam komitəsi tərəfindən 80 min dollar cərimə ödəməyə məhkum edilib.
Asiya Futbol Konfederasiyasının nizam-intizam komitəsinin hesabatına əsasən, Tacikistanın “İstiqlal” klubu ilə ev oyununda tərəfdarların nalayiq davranışı, meydana butulka və bir neçə başqa əşya atdıqlarına görə “Persepolis” ümumilikdə 15 min dollar məbləğində cərimələnib.
Klubun daha bir cəriməsi Qətərin “Əl Duhail”i ilə matça aiddir: tərəfdarların qeyri-adekvat davranışına görə AFK həmin klubu 65 min dollar cərimələyib.