Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Azərbaycanlı milli fəalın iş yeri ETTELAAT İdarəsi tərəfindən bağlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT İdarəsi azərbaycanlı milli fəalın iş yerini bağlayıb.

Güney Azərbaycanın Marağa şəhərində molla rejiminin ETTELAAT İdarəsi azərbaycanlı milli fəal Muxtar İbrahimiyə təzyiq göstərmək onun ofisini bağlayıb.

Qeyd olunub ki, İranda iş yerlərinin bağlanması sahibkarlıq lisenziyası olan şəxsin əqidəsinə görə deyil, Həmkarlar İttifaqı haqqında Qanunun 27-ci maddəsinə uyğun olaraq uyğun olaraq həyata keçirilməlidir.

Molla rejimin ETTELAAT İdarəsi isə heç bir səbəb olmadan qanunsuz şəkildə milli fəalın iş yerini möhürləyib.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …