Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Avropa Birliyi də İranla atom anlaşmasının bərpasına inanmır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borel İranla atom anlaşmasının bərpası ehtimalı ilə bağlı ümidsiz olduğunu bildirib.

Borel bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefon danışığına dair yazdığı Tvittə məlumat verib.

Borel qeyd edib ki, razılaşma əldə etmək və atom anlaşmasına qayıtmaq ehtimalı getdikcə azalır, bununla belə daha çox sey göstərərək buna nail olmaq olar.

Onun sözlərinə görə, müzakirələrin koordinatoru kimi qalan məsələlərin həllinə kömək etməyə hazırdır.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …