Bazar ertəsi , İyun 15 2026
azfa

Avropa İrandan gələn raket təhlükəsini hiss etdi

GADTB: İranın 4 min kilometr uzaqlıqdakı ABŞ və Böyük Britaniyaya məxsus Dieqo Qarsiya bazasına ballistik raketlə hücumu ölkənin imkanlarının təsəvvür ediləndən daha yüksək olduğunu nümayiş etdirməklə yanaşı, müharibəyə yanaşmada yeni reallıqları da ön plana çıxarır.

Birincisi, İranın hərbi potensialı ilə bağlı qeyri-müəyyən vəziyyət yaranır: raket arsenalının ABŞ-ın regiondakı bazalarını, İsraili və qonşu ölkələri hədəfə ala biləcək 2 min kilometr həddində olduğu bilinsə də, bu hücum təsəvvürləri dəyişdirir;

İkincisi, İranın müharibəni regiondan kənara, hətta Avropaya qədər genişlədə biləcək imkanlara malik olduğu anlaşılır;

Bu, İranın təhdid altında olan ölkələrin ABŞ-İsrail cəbhəsinə qarşı müxalif mövqeyini gücləndirməyə hesablanmış “strateji çəkindirmə” taktikası baxımından önəmli görünür, xüsusilə Avropaya xəbərdarlıq hesab oluna bilər. Lakin əks-effekt amili daha güclü ola bilər.

– ABŞ və İsrail bundan İran rejiminin qlobal təhlükəsizlik üçün ciddi risklər yaratdığını göstərmək məqsədilə istifadə edəcək: bu kontekstdə İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamirin “İran raketləri Avropa paytaxtlarına çata bilər, Berlin, Paris və Roma birbaşa təhlükə altındadır” sözləri diqqətçəkəndir; bu, anti-İran koalisiyasının mümkünlüyünü aktuallaşdırır, ən azı Hörmüz boğazında ABŞ-ın istədiyi dəstəyi əldə etməsi imkanları yarada bilər;

– Tramp daxildə anti-müharibə mövqeyinə qarşı İranın birbaşa ABŞ-ın təhlükəsizliyini təhdid etdiyi arqumentini gücləndirəcək;

Bu kontekstdə Dieqo Qarsiyaya raket hücumu ABŞ üçün daha sərfəli görünür.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …