GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqı Şurası bəyanat yayaraq İrana sanksiya tətbiq etdiyini bildirib.
Aİ xarici işlər nazirləri bu gün İrana Rusiyaya Ukraynada istifadə üçün ballistik raketlər tədarükünə görə sanksiyalar tətbiq ediblər.
İranın “Rusiyaya raket tədarükünə” cavab olaraq 7 fiziki şəxs və 7 qurum sanksiya tətbiq edilib.
Üç İran aviaşirkəti – “Iran Air”, “Mahan Air” və “Saha”ya da sanksiya tətbiq edilib.
Bundan əlavə, İranın müdafiə nazirinin müavini Seyid Həmzə Qələndəri, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin (SEPAH-QF), SEPAH-ın Hatəm əl-Ənbiya Mərkəzi Qərargahı və SEPAH Aerokosmik Qüvvələrinin tanınmış rəsmilərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Həmçinin Aİ-də siyahıya alınmış İran Təyyarə İstehsalat Sənayesi (HESA) və Aerokosmik Sənaye Təşkilatının (AIO) idarəedici direktorları da siyahıya salınıb.