Şənbə , Aprel 27 2024
azfa

Avropa İttifaqının İrana qarşı yeni sanksiya qərarı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri İranda Məhsa Əminin ölümündən sonra başlayan nümayişlərə müdaxilələr və nümayişçilərə verilən edam hökmləri səbəbindən bu ölkəyə qarşı beşinci sanksiya paketini qəbul edib.

Buna görə, Aİ ölkələri İranın irşad və mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili və təhsil naziri Yusuf Nuri də daxil olmaqla 32 şəxs və 2 təşkilata sanksiya tətbiq edəcək.

Sanksiyalar siyahısında olanların aktivlərinin dondurulması, Aİ ölkələrinə səfərlərinin qadağan edilməsi, bu şəxslər və təşkilatların maliyyələşdirilməsinin qarşısının alınması daxildir.

Siyahıya iki nazirlə yanaşı, bəzi deputatlar, polis qüvvələri və ədliyyə orqanlarının üzvləri, bəzi həbsxanaların məsul şəxsləri, İran İnqilabı Keşikçiləri Korpusu, Hüquq Mühafizəsinə Yardım Fondu və Polis İnstitutunun Elm və Sosial Tədqiqatlar İnstitutunun rəsmiləri də var.

Son qərarla İrana qarşı sanksiya siyahısında olan şəxslərin sayı 196-ya, təşkilatların sayı isə 33-ə yüksəlib.

Digər tərəfdən, Aİ Xarici İşlər Nazirləri Toplantısının davam etdiyi Belçikanın paytaxtı Brüsseldə bir çox Avropa ölkəsindən olan iranlı müxaliflər də nümayiş keçirib. Şimal Vağzalına toplaşan minlərlə insan Aİ qurumlarının yerləşdiyi Şuman meydanına doğru yürüş edib. İranda M.Əminin ölümündən sonra başlayan nümayişlərə müdaxiləyə və nümayişçilərə verilən cəzalara etiraz edən nümayişçilər Aİ-dən İran İnqilab Keşikçiləri Ordusunun “terror təşkilatları siyahısı”na salınmasını tələb ediblər.

Xatırladaq ki, İranın paytaxtı Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən nəzarətə alındıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmini sentyabrın 16-da dünyasını dəyişib.

Əminin ölümündən sonra sentyabrın 17-də doğulduğu Saqqızda başlayan nümayişlər bütün ölkəyə yayılaraq hökumət əleyhinə etirazlara çevrilib. Ölkə daxilində aylarla davam edən nümayişlərdə 10 mindən çox insan saxlanılıb.

Norveç mərkəzli İran İnsan Haqları Təşkilatı (IHR) yanvarın 9-da dərc etdiyi hesabatda Əminin ölümündən sonra başlayan nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 481 etirazçının həyatını itirdiyini bildirib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …