Şənbə , Oktyabr 24 2026
azfa

Avropa şirkətləri İran adlanan ölkədən getməli olacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniya federal kansleri Angela Merkel deyib ki, “Bir çox Avropa şirkəti ABŞ-ın tətbiq edəcəyi sanksiyalara görə İrandan getməli olacaq”.

Kansler bildirib ki, Almaniya İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planına hörmətlə yanaşır: “Saziş əlbəttə ki, ideal deyil, amma digər variantlar qeyri-stabildir”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın əvvəlində ölkəsinin İran adlanan ölkə ilə imzalanmış nüvə sazişindən çıxdığını və tezliklə İrana qarşı yeni sanksiyalar tətbiq olunacağını açıqlayıb.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın