Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Avropada “Bayraktar TB2” və “Bayraktar Akıncı”ya tələbat artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Baykar”ın baş direktoru Haluk Bayraktar Ukraynadakı müharibədən sonra Avropa qitəsində “Bayraktar TB2” və “Bayraktar Akıncı” kimi silahlı pilotsuz uçuş aparatlarına (SİHA) tələbatın artdığını, müxtəlif ölkələrlə danışıqlar getdiyini bildirib.

Polşanın Kielce şəhərində təşkil edilən, sentyabrın 6-da başlayan, Mərkəzi və Şərqi Avropanın ən böyük hərbi sərgisi olan “MSPO 2022”də Türkiyə “Lider ölkə” olaraq iştirak edir.

Türkiyə şirkətləri sərgidə Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Departamentinin (SSB) koordinasiyası, Müdafiə və Aviasiya Sənayesi İxracatçıları Birliyinin (SSİ) dəstəyi ilə yer alır.

Türkiyə müdafiə sənayesinin pilotsuz uçan aparat (PUA) istehsalçılarından biri olan “Baykar” da mini smart sursatla təchiz edilmiş “Bayraktar TB2”ni nümayiş etdirir.

Yarmarka ərazisində “Baykar” stendinə baş çəkən Polşa prezidenti Ancey (Andjey) Duda “Bayraktar TB2” haqqında məlumat alıb.

 “Baykar”ın baş direktoru Haluk Bayraktar A.Dudaya “Bayraktar Akıncı Attack” PUA modelini hədiyyə edib və “Bayraktar”ın Polşaya təhvil verilməsinin oktyabrdan başlanacağını və istifadəçi təlimlərinin tamamlanmaq üzrə olduğunu bildirib.

H.Bayraktar “Bayraktar TB2”nin 24 ölkə, “Bayraktar Akıncı”nın isə 4 ölkə ilə ixrac müqavilələri olduğunu söyləyib.

Qeyd edək ki, Ukraynadakı müharibədən sonra Avropada Türkiyənin müdafiə və aerokosmik sənaye məhsullarına maraq artıb.

2022-ci ilin 25-28 oktyabrında İstanbulda keçirilcək “SAHA Expo” Beynəlxalq Müdafiə və Aviasiya Sərgisi üçün Avropadan ciddi sifariş gəlib.

Həmçinin yoxlayın

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …

Təbriz uşaqlarının dil kimliyinin dövlət televiziyası vasitəsilə təhrif edildi – VİDEO

GADTB: Məktəblərin açılması ərəfəsində Təbrizin Kula-Fərəngi malikanəsindən uşaqlar üçün xüsusi proqramın canlı yayımlanması Azərbaycan türklərinin …