Çərşənbə axşamı , Mart 19 2024
azfa

Avropanı valeh edən Qarabağ atları

GADTB: Türkiyə Prezidenti Ərdoğana Zəfər adlı atın bağışlanması bir tarixi faktı yadıma saldı. Təqdim etdiyim fotoda İngiltərə kraliçası ona hədiyyə olunan Qarabağ atının belindədir..

1823-cü ildə ingilislər Mehdiqulu xanın zavodundan çox baha qiymətə 60 baş madyan alıb aparmışlar. Qarabağ atının döllük və iş qabiliyyəti həmişə diqqəti cəlb etmişdir. XIX əsrin ortalarından başlayaraq, bu cinsdən olan atlar Ümumrusiya, Parisdə keçirilən Ümumdünya at sərgilərində nümayiş etdirilmiş, yüksək mükafatlara layiq görülmüşdür.

Ağdam Atçılıq Zavodunda yetişdirilən “Sumqanda” adlı at iki yaşında 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə, üç yaşında isə 2400 metri 2 dəqiqə 52 saniyəyə qaçaraq rekord sürət göstərib. Bundan başqa “Liston”, “Siqnal”, “Naliv” adlı Qarabağ atları da müxtəlif vaxtlarda rekord nəticə göstərməklə dünya göstəricilərinə nail olub. Qarabağ atını digər atlardan fərqləndirən əsas əlamətlər onun parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruq tüklərinin ucları qızarmış, tünd-şabalıdı rəngdə olur. Sarı-qızılı, qızılı-qonur rənglər əsasən Qarabağ atlarına məxsusdur. Çox az hallarda kəhər, boz və çal rənglərə də təsadüf olunur.

Qarabağ atının SSRİ zamanında Moskva Beynəlxalq At Hərracı vasitəsilə xarici ölkələrə satılması həyata keçirilirdi. Qarabağ atları Avropada Qarabağ atının Avropaya gəlişi tarixində 1956-cı il də mühüm yer tutur. O vaxt Böyük Britaniyaya səfər edən sovet rəhbəri Nikita Xruşşov kraliça Yelizavetaya Ağdam Atçılıq Zavodundan olan “Zaman” adlı Qarabağ atı da bağışlayıb. “Zaman” ləqəbli qızılı-səmənd rəngli Qarabağ atı (digəri axaltəkə cinsindən idi) idi.Boyunun kiçik olmasına baxmayaraq onun harmonik quruluşu və ümumi təsiri Krallıqda böyük marağa səbəb oldu.Onu minən bir nüfuzlu şəxs bildirmişdir: Qarabağ atı Qızıl Oğlan II Londonda kraliça II Yelizavetanın yubiley mərasimində “Mən heç zaman belə rahatlığa və duyuma malik ata minməmişdim.Mən cəsarətlə deyərdim ki,o,məşhur ərəb atlarından da üstündür”

Kral Qəsrinin önündə toplanmış minlərlə insan onu ayaqda alqışlamağa başlayır. İngiltərənin adlı-sanlı, əsilli nəcabətli lordları dəyirmi şlyapalarını hörmət əlaməti olaraq başlarından çıxarır, qadınlar dəsmallarını yelləyirlər. Sevincindən kraliçanı göz yaşları boğur. Bütün imperiyanın idarəçilərinin yığıldığı London onu qəbul edir, gözəlliyinin qüdrəti qarşısından afərin deyir…

Bu afərinə səbəb Ağdam atçılıq zavodunda böyüdülən Zaman adlı at idi.

Zaman atı o qədər gözəl olub ki, onun rəngindən valeh olan ingilis qadınlarının öz saçlarını və şenyonlarını həmin atın rənginə oxşadaraq, açıq qızılı-kürən rəngdə boyadıblar. “Zaman” ləqəbli Qarabağ atı London qəsrinə gəlmiş ilk Azərbaycan cinsi kimi tarixə düşmüşdür.

Kral, ya da kraliça?

Öz əvvəlki hökmündəmi

bu gün yenə

Britaniyada kraliça?

Kraliça Yelizaveta…

…Ekzotika vurğunudur

Kraliça Yelizaveta.

Səyahətə çıxan zaman

qamçı vurmaz o hər ata!

Meyl salıb Qarabağdan

Töhfə kimi gətirilən

Kəhər ata!

“Zaman” yatmır ipə, sapa,

Dirək olub kişnərtisi yerə, göyə…

—  Bəxtiyar Vahabzadə 1976-cı ildə yazdığı “Qarabağ atı” şeirində İngiltərə kraliçasına göndərilmiş hədiyyədən bəhs etmişdi

Dosent Zaur Əliyev

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı fəala atası ilə görüşə icazə verilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, iqrçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı sənətçi və …

Güney Azərbaycanda insan haqları ilə bağlı Cenevrədə aksiya keçirdi

GADTB: Martın 18-də BMT-nin İnsan Haqları Şurasının Cenevrədəki qərargahı qarşısında bir qrup Güney Azərbaycandan olan …